Previous Next

Kimya və biologiya fakültəsində Elmi Şura keçirilib

Kimya və biologiya fakültəsində növbəti Elmi Şura keçirilib.

30.05.2024-cü il tarixində Kimya və biologiya fakültəsində  dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, kafedra müdirləri və fakültə elmi şurasının üzvlərinin iştirakı ilə növbəti fakültə elmi şurası keçirilmişdir. Dekan dos. Reyhan Ağayeva fakültə elmi şurasını açıq elan etmiş, fakültənin yaz semestri dövrübdə gördüyü işlərdən, yekunlaşan pedaqoji təcrübənin nəticələri,çöl təcrübəsi və yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məruzələr etmiş və kafedra müdirlərinin hesabatını dinləmişdir. Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və KTT kafedrasının müdiri dos. Kəmalə İskəndərova  “Kimya müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya və biologiya müəllimliyi” ixtisasları IV və V tədris ili tələbələrinin pedaqoji təcrübələrinin nəticələri, kafedralarda görülən işlər haqqında hesabatlarını təqdim etmişlər. Dekan müavini dos. Bəsti Əsədova 2023-2024-cü tədris ilində fakültədə keçirilən elmi hesabatlar və tədbirlər haqqında məlumat vermiş, professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin nəticələrini elan etmiş, şura üzvlərinin suallarını cavablandırmışdır. Tələbə Elmi Cəmiyyətinin sədri dos. Elnurə Səfərova TEC konfransının nəticələri və toplunun çapı haqqında məruzə etmişdir. Dekan müavini dos. Kərim Quliyev Kimya və biologiya üzrə fənn olimpiadalarının yekun nəticələrini açıqlamış ,Tədris Metodiki Şuranın yerində Elmi Metodiki Şuranın yaradılması və onun əsasnaməsinin təsdiqini irəli sürmüşdür. Daha sonra Elmi şura fakültənin elmi katibi b.ü.f.d. Şəhla Abdullayevanın cari məsələləri elan etməsi ilə davam etmişdir.

Search