Previous Next

Kimya və biologiya fakültəsinim alim və tələbələri “İqlim Dəyişikliyi Zirvəsi”ndə

01.11.2024-cü il tarixində Cifal İstanbul, Bahçeşehir Universiteti, Bilimsenol Platforması, Azərbaycan Texniki Universiteti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlığı ilə təşkil olunan “İqlim Dəyişikliyi Zirvəsi” konfransı baş tutmuşdur. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsi ilə “Atma,Yarat,Faydalan” sərgisi fonunda tərəfdaşlıq etmiş, tullantılardan faydalı geridönüşüm,ətraf mühitin qorunması istiqamətində təbliğatların genişləndirilməsinə dəstəyi hədəfləmişdir. Konfransda “Sıfır tullantı” paneli üzrə Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva və “İqlim dəyişikliyi, Yaşıl enerji” paneli üzrə dekan müavini dos. Bəsti Əsədova çıxış etmişlər. Dekan dos. Reyhan Ağayeva öz çıxışında tullantıların idarə olunması, səmərəli geridönüşüm,ətraf mühitə daha həssas gəncliyin yetişdirilməsində təhsil prosesinin rolundan və görülən işlərdən söz açmışdır. Dekan müavini dos. Bəsti Əsədova isə öz çıxışda iqlim böhranları, onlarla mübarizə tədbirləri, ekosistemlərin qorunması yollarından söz açmışdır. Eyni zamanda Türkiyə və Azərbaycan Respublikasının elm xadimləri, ekspert və ətraf mühit fəallarının iştirak etdiyi tədbirdə müxtəlif təqdimatlar və videoçarxlar təqdim olunmuş və sərgilər nümayiş etdirilmişdir. Sonda konfransda panel iştirakçıları sertifikatla təltif olundular.

Search