ADPU Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva və dekan müavini dos. Bəsti Əsədova COP29 çərçivəsində Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi layihənin təqdimatında iştirak ediblər. COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” mövzusunda layihənin təqdimatı baş tutmuşdur. Tədbirdə həmçinin QHT nümayəndələri, ABCİB üzvləri, Botanika İnstitutunun əməkdaşları və rusiyalı alimlər iştirak ediblər. Tədbir çərçivəsində pavilyonda təşkil olunmuş sərgidə sözügedən layihənin işinə uyğun yosunlar, həmçinin, Botanika Muzeyinə aid eksponatlar, kitablar və broşuralar nümayiş olunmuşdur.