03.12.2024-cü il tarixində Kimya və biologiya fakültəsində dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos.Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva, fakültə mətbuat katibi Gültəkin Ərəbova və fakültənin professor-müəllim heyətinin iştirakı ilə fakültə Elmi Şurası baş tutmuşdur.
Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Elmi Şuranı açıq elan etmiş, fakültədə nizam-intizam qaydaları haqqında, 2024-2025-ci tədris ilinin I yarımilinin qış imtahan sessiyasına hazırlığın gedişi və yeniliklərlə bağlı təlimatları Şura iştirakçılarının nəzərinə çatdırmışdır. Dekan müavini dos. Kərim Quliyev COP 29-la əlaqədar olaraq 14-23 noyabr 2024-cü il tarixlərində fakültədə onlayn
təhsil haqqında hesabatı təqdim etmiş, fakültədə tədris olunan fənlər üzrə modul kurslar haqqında məlumat vermişdir. Dekan müavini dos. Bəsti Əsədova kafedralarda açıq dərslərin keçirilməsi və elmi-tədqiqat hesabatlarının müzakirə nəticələri barədə və professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi haqqında məlumat vermişdir.
Daha sonra fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva Elmi Şuranın gündəliyində olan cari məsələləri elan etmişdir.