Previous Next

ADPU-nun Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilmişdir

21.04.2025-ci il tarixində Kimya və biologiya fakültəsinin təşəbbüsü və ADPU-nun rektoru, prof. Cəfər Cəfərovun iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. ADPU Kimya və biologiya fakültəsi ilə AR ETN Dendrologiya İnstitu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planının nəticəsi olaraq təşkil olunan ağacəkmə aksiyası AR ETN Dendrologiya İnstitutunun Saray qəsəbəsində yerləşən təcrübə sahəsində ADPU-nun Kimya və biologiya fakültəsi üçün ayrılmış ərazidə baş tutmuşdur. Ağacəkmə aksiyasında ADPU-nun rektoru,prof. Cəfər Cəfərov, AR ETN Dendrologiya İnstitutunun baş direktoru, dos. Minarə Həsənova, ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri b.e.d.,dos. Anaxanım Yusifova, Ümumi kimya və KTT kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin tələbələri iştirak etmişlər.

Search