16 may 2025-ci il tarixində ADPU Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Analitik və üzvi kimya kafedrasının professoru, uzun illər təhsil sahəsinə öz töhfəsini vermiş, professor Nailə Verdizadənin 80 illik yubileyi qeyd edilmişdir. Kimya və biologiya fakültəsinin dekan müavini dosent Bəsti Əsədova yubiley tədbirini açıq elan etdikdən sonra, ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlamış, qocaman müəllimlərimizin uzun illər universitetimizdə göstərdikləri fəaliyyətləri yüksək dəyərləndirmiş, Nailə xanıma təbriklərini ünvanlamış və fəxri fərmanla təltif etmişdir. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, ADPU Həmkarlar İttifaqının sədri dosent Vaqif Əliyev, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Kəmalə İskəndərova, universitetin çoxsaylı professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Yubileydə Y. Məmmədəliyev adina Neft-Kimya prosesləri Institutunun baş direktoru, akademik Vaqif Abbasov,AMEA-nın akademiki,BDU-nun Üzvi kimya kafedrasının müdiri,akademik Abel Məhərrəmov, EA Dilçilik Institutunun şöbə müdiri, filologiya elmləri doktoru İsmayıl Kazımov, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli, müstəqil jurnalist Seymur Verdizadə və ailə üzvləri qonaq qismində çıxış edərək xatirələrini və ürək sözlərini bölüşmüşlər. Tədbir video çarxlar, video təbriklər və musiqili proqramla davam etmişdir. Sonda professor Nailə Verdizadə tədbir təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirmişdir.