Previous Next

Kimya və biologiya fakültəsində Fakültə Elmi Şurası baş tutmuşdur

21.05.2025-ci il tarixində Kimya və biologiya fakültəsində Elmi Şura keçirilmişdir. Fakültəyə təyin olunan vakant vəzifələr çərçivəsində, müvafiq kafedraların rəhbərlik vəzifələrinə dair kafedra müdirlərinin seçilməsi haqqında şura sədri, dekan dos. R.M.Ağayeva çıxış edərək bildirdi ki, 13 mart 2025-ci il tarixdə “Xalq” qəzetində dərc olunmuş elana əsasən fakültənin kafedralarına müdir seçkisi elan olunub. 6 may 2025-ci ildə Biologiya və onun tədrisi texnologiyası və Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasında, 7 may 2025-ci ildə Fiziologiya və Analitik və üzvi kimya kafedrasında iclaslarda bu məsələ müzakirə olunmuş və təsdiq olunmaq üçün Fakültə şurasına təqdim olunmuşdur. Dos. R.M.Ağayeva gizli səsvermənin keçirilməsi üçün sədr olaraq Analitik və üzvi kimya kafedrasının dos. İ.A.Cəfərovu, iclasın protokollaşdırılması üçün iclasın katibliyini Fakültə elmi şurasını katibi dos. Ş.A.Abdullayevanı və səs hesablayıcı komissiya üzvləri dos. X.Q.İbrahimova, dos. L.Ü.Ağayeva və müəllim N.Y.Babayevanı təklif etdi və yekdilliklə qəbul olundu. ADPU rektorun müşaviri Ümid Mehdiyev, İnsan rüsursları şöbəsinin müdiri Qumral Qədimova, ADPU Həmkarlar İttifaqının sədri, dos. Vaqif Əliyev seçkidə müşahidəçi qismində iştirak etmişdir. Gizli səsvermədə səs vermə hüququna malik 23 nəfərdən 20 nəfər iştirak edib. Onlara bülleten verilib. Səsvermə qutusundan 20 bülleten çıxıb, etibarsız bülleten olmayıb. Sonda fakültə şurasının katibi dos.Ş.A.Abdullayeva qərarı iclas üzvlərinə təqdim etdi. Qərar: Gizli səsvermənin nəticələrinə görə prof. Zalov Əli Zal oğlu Analitik və üzvi kimya kafedrasının, dos. Yusifova Anaxanım Əmralı qızı Biologiya və onun tədrisi texnologioyası kafedrasının, dos. İskəndərova Kəmalə Osman qızı Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının və dos.Mehablıyeva Elnarə Cabir qızı Fiziologiya kafedrasının müdiri vəzifəsini tutmuş hesab olunsun. Təsdiq üçün seçkinin nəticələri Universitet Elmi Şurasında təqdim olunsun.

Search