Previous Next

Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransının Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konfransı

30 may 2025-ci ildə baş tutan Kimya və biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı 100-ə yaxın tələbənin iştirakı ilə baş tutmuşdur. Konfransı açılış nitqi ilə Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva açıq elan etmiş, hər il fakültəmizdə baş tutan konfransların əhəmiyyətini vurğulamışdır. Daha sonra dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, Kimya və biologiya fakültəsi TEC-nin sədri dos. Məhsəti Mirzəyeva, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi Kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova çıxış edərək, tələbələrə uğurlar diləmişlər. 

Konfrans 3 bölmə (Kimya, Biologiya və Ekologiya) üzrə keçirilmişdir. Yer tutan tələbələr sertifikatlarla təltif olunmuşdur.

Search