Previous Next

ADPU Kimya və biologiya fakültəsinin tələbələri “Piroqov” interaktiv cihazının təqdimatında və bilik yarışında iştirak ediblər

ADPU tələbələri AWWA -da (Aesthetic & Wellness World Academy) ADPU Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə bilik yarışında iştirak ediblər.

Yarış ADPU-nun Kimya və biologiya fakültəsinin tələbələri ilə 2 saylı Bakı Baza Tibb kollecinin tələbələri arasında keçirilmişdir. Yarışın münsiflər heyətində Birinci dərəcəli müşavirə diplomatik rütbəsinə malik Fikrət Paşayev, dekan müavini dos. Bəsti Əsədova, akademiyanın əməkdaşı Leyla Səlimova və 2 saylı Bakı Baza Tibb Kollecinin nümayəndəsi olmuşdur. ADPU Kimya və biologiya fakültəsinin tələbələri yarışda I yeri tutmuş, diplom və sertifikatla təltif olunmuşlar.

Search