04.05.2023 il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məlikova Z. təşkilatçılığı ilə "Ekologiyanın müasir problemləri " adlı elmi praktik seminar keçirilmişdir. Seminarı giriş sözü ilə kafedranın müdiri dos. Yusifova A. açıq elan etdi. Seminarda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin müəllim və tələbə heyəti eyni zamanda Kimya və Biologiya təmayüllü Respublika Liseyinin şagird və müllimləri, M. Rahim adına tam orta məktəbin müəllim və şagirdləri, universitetin tələbə heyəti ekologiya ilə bağlı müxtəlif mövzularda geniş çıxışlar etdilər
Sonda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan xanım Ağayeva seminar haqqında öz xoş təəssüratlarını bölüşdü.