12 yanvar 2023-cu il tarixinde Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bakı Mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası arasında Əməkdaşlıq memorandumu imzalanib.
Əməkdaşlıq haqqında memorandumu ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru f.r.e.d, prof. Asəf Zamanov və Bitki mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru a.e.d.,dos. Cəbrayıl Ağayev imzalayıblar. Universitetdə baş tutan görüşdə Kimya və biologiya fakültəsinin dekanı,dos. Reyhan Ağayeva, dekan müavini b.ü.f.d,dosent əvəzi Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova və Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Əliyənnağı Məhərrəmov iştirak etmişlər.
Bu memorandum ADPU-nun Kimya və biologiya fakültəsi və ATS arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq məqsədilə tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda tələbə və magistrantların tədqiqatçılıq və peşə fəaliyyətlərinin inkişafı üçün yeni imkanların yaradılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi ilə birgə elmi-tədqiqatların aparılması əməkdaşlığın başlıca məqsədlərindəndir.