15 fevral 2024-cü il tarixində Kimya və biologiya fakültəsində növbəti Fakültə Elmi Şurası keçirilmişdir. İclası açıq elan edən dekan dos. Reyhan Ağayeva qış semestrinin nəticələri haqqında, həmçinin imtahanların gedişatı, apellyasiyaya müraciət edən tələbələrin sayı haqqında iclas iştirakçılarına məlumat vermişdir. Daha sonra dos. Reyhan Ağayeva Pedaqoji İnternaturanın təşkili barədə ətraflı məlumat vermişdir. İclasın gedişatında dekan müavini dos. Kərim Quliyev tələbələrə təqaüdün verilməsi haqqında, dekan müavini dos. Bəsti Əsədova isə növbəti semestrdə açıq dərslərin və fakültədə keçiriləcək seminarların təşkili haqqında iclas iştirakçılarına məlumat çatdırmışlar. İclasın növbəti dəqiqələrində qeyd olunmuşdur ki, fakültənin elmi katibi dos. Bəsti Əsədova dekan müavini vəzifəsinə təyin olunduğu üçün fakültə elmi katibliyini Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi, b.ü.f.d. Şəhla Abdullayeva icra etsin. Daha sonra isə Fakültə Elmi Şurasına daxil olmuş cari məsələlər müzakirə olunmuşdur.