Previous Next

ADPU-da Açıq Zəka Layihəsinin ilkin məlumatlandırma sessiyası baş tutmuşdur

4 fevral 2024-cü il tarixində Açıq Zəka Layihəsinin ADPU-nun müəllim, rəhbər işçi və ADPU Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri üçün ilkin tanıtımı gerçəkləşdirilmişdir. Tədbirdə layihə rəhbəri, innovativ layihələr üzrə konsultant, sahibkar Mübariz Qasımov, Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri, ADPU Tələbə Elmi Cəmiyyətinin sədri prof. Əli Zalov, ADPU-nun müxtəlif fakültələrinin TEC rəhbərləri, fəal müəllim və tələbələri iştirak etmişdir. Dekan müavini dos. Bəsti Əsədova layihə haqqında qısa məlumat verdikdən sonra, layihə rəhbəri Mübariz Qasımov layihənin məqsədi və mərhələləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Layihənin məqsədi, məzmunu və mahiyyəti haqda gerçəkləşən təqdimatda innovasiya ekosistemində təhsil alanların iştirakı, gələcək fəaliyyəti haqda fikirlər aşılanmışdır. 
Qeyd etmək lazımdır ki, Açıq Zəka – fərdi təşəbbüsü,  gənc innovatorların hazırlığı məqsədilə seminar-məşğələlərin aparıldığı nəticə olaraq isə iştirakçıların fərdi innovativ layihə təkliflərinin hazırlanması ilə nəticələnən proqramdan ibarətdir. Bu tanıtımın davamı olaraq universitet tələbələrinin innovasiya fəaliyyətində iştiraka cəlb olunması məqsədilə layihə haqda məlumatlandırma sessiyasının keçirilməsi planlaşadırılır.

Search