18 mart 2024-cü il tarixdə ADPU-nun Kimya və biologiya fakültəsi öz rəhbər heyəti və əməkdaşları ilə ARETN-nin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun qonağı oldu. İnstitutun baş direktoru akademik Vaqif Abbasov, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və KTT kafedrasının müdiri dos. Kəmalə İsgəndərova, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova və Ümumi kimya və KTT kafedrasının müəllimi k.ü.f.d Afət Hacıyevanın iştirakı ilə baş tutan görüşdə elmi əlaqələrin nəzəri və praktiki tərəflərindən danışılmış, əməkdaşlığın genişləndirilməsi, tədqiqat işlərində yeni imkanların yaradılması istiqamətində söhbətlər aparılmışdır.