Previous Next

Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Qlobal ekoloji problemlər,səbəbləri,həlli yolları. Yaşıl kimya” mövzusunda Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun elmi seminarı

16.04.2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Qlobal ekoloji problemlər,səbəbləri,həlli yolları. Yaşıl kimya” mövzusunda Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun elmi seminarı təşkil olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov qonaqlarla görüşmüş, universitetimizin faydalı əməkdaşlıqlara hər zaman dəstək olduğunu vurğulamışdır. Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - icraçı direktor Nizami Mürsəlov, şöbə müdiri Ayaz Məmmədov, şöbə müdiri Yengibar Əliyev, Kimya və biologiya fakültəsinin pedaqoji heyəti və tələbələr iştirak etmişlər. Seminar iştirakçılarını açılış nitqi ilə Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova salamladıqdan sonra sözü akademik Vaqif Abbasova vermişdir. Akademik Vaqif Abbasov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində diqqət mərkəzində olan qlobal ekoloji problemlərdən söz açmış, onların həlli yollarını müzakirə etmiş, “Yaşıl kimya” konsepsiyasının ölkəmizdə tətbiqi yolunda görülən işlərdən söz açmışdır. Müzakirədə müəllim və tələbələr maraqlı fikirlərlə çıxış etmiş, akademik Vaqif Abbasova təşəkkürlərini bildirmişlər. Sonda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva rəhbərliyə, akademik Vaqif Abbasova  və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, gələcək əməkdaşlıqların təhsilin inkişafına yeni töhvələr verəcəyini vurğulamışdır.

Search