Bakı şəhəri 276 nömrəli tam orta məktəbin təşkil etdiyi "Yaşıl dünya naminə həmrəyliyə qoşulaq, dünyamızı qoruyaq" ilinə həsr olunan "Kimya- Kainatın qəlbi" adlı kimya gecəsinin təşkilində 2024-cü ilin fevral ayından həmin məktəbə təhkim olunmuş ADPU-nun Kimya və biologiya fakültəsinin KİM2003B qrupunun tələbələri də yaxından və fəal iştirak etmişlər. Tədbiri məktəbin direktoru, əməkdar müəllim Şiriyev Bəhram açıq elan etmişdir. Gecədə Azərbaycanda kimya elminin ötən əsrdəki önəmli rolunu ifadə edən maraqlı videolar və ədəbi bədii kompoziyalar təqdim edilmişdir. Tədbirdə ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri,dos. Kəmalə İskəndərova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müəllimləri,metodistlər Afət Hacıyeva, Mətanət Nuriyeva və pedaqoq Mirzəyeva Aybəniz iştirak etmişdir. Tedbirin ADPU-nun Kimya və biologiya fakültəsinin müəllimi, metodist Mətanət Nuriyevanın rəhbərliyi ilə təşkil olunan 'Kimya sərgisi' bölməsində ona təhkim edilmiş təcrübəçi tələbələr Məmmədli Aydan, Məmmədzadə Aydan, Məmmədova Sevinc, Mikayılova Əsmər, Nəsirova Məryəm, Məlikzadə Yaqut və Quluzadə Məhəmməd tərəfindən aparılan əsrarəngiz və sehirli kimya təcrübələri gecə iştirakçılarının böyük marağına səbəb olaraq, gecəni daha da rəngləndirib.
Sonda dekan Reyhan Ağayeva tələbələrə göstərdiyi qayğıkeş münasibətə görə məktəbin direktoruna dərin təşəkkürünü bildirmiş və gələcəkdə əməkdaşlığı daha mükəmməl formalarda davam etdirmək arzusunu məmnuniyyətlə ifadə etdi. Fərqlənən müəllim və tələbələr isə məktəb tərəfindən fəxri fərmanlarla təltif olunmuşdurlar.