Previous Next

ADPU ilə AR ETN Botanika İnstitutu və AR ETN Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə AR ETN Genetik Ehtiyatlar İnstitutu və AR ETN Botanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq  memorandumu imzalanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan imzalanma ADPU-nun rektoru, professor Cəfər Cəfərov Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və həmçinin Genetik Ehtiyatlar institutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla qarşılıqlı baş tutmuşdur.

Sənədə əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması tədrisin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi məqsədi daşıyır.

Mərasimdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov ADPU-nun İnstitutlarla birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin yazılması, elmi konfransların keçirilməsi və digər məsələlər üzrə gələcək əməkdaşlığın zəruriliyini vurğulayıb. Baş tutan görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru,siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Eldar Aslanov,Kimya və biologiya fakültəsinin dekanı, k.ü.f.d., dosent Reyhan Ağayeva, Kimya və biologiya fakültəsinin dekan müavini b.ü.f.d.,dosent Bəsti Əsədova və Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova iştirak etmişdir.

Search