Previous Next

Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Qlobal iqlim dəyişkənliyi şəraitində aqro-bioloji müxtəlifliyin mühafizəsi, genetik variasiyalarının tədqiqi və səmərəli istifadəsi” mövzusunda Elmi seminar keçirilmişdir

19.09.2024-cü il tarixində Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş AR ETN Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru b.e.d. Mehrac Abbasovun “Qlobal iqlim dəyişkənliyi şəraitində aqro-bioloji müxtəlifliyin mühafizəsi, genetik variasiyalarının tədqiqi və səmərəli istifadəsi” mövzusunda Elmi seminar baş tutmuşdur. 

Elmi seminarda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, dekan müavini dos. Kərim Quliyev, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, Kimya və biologiya fakültəsi mətbuat katibi Gültəkin Ərəbova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Elmi seminarı açılış nitqi ilə açan dekan müavini dos. Bəsti Əsədova keçirilən seminarın əhəmiyyətindən, qlobal iqlim dəyişiklikləri fonunda yaranan problemlərdən, onların həlli yollarının tapılmasında aparılan tədqiqatlardan, nəticəyönümlü təcrübələrin paylaşılmasının əhəmiyyətindən bəhs etmiş, daha sonra sözü b.e.d. Mehrac Abbasova vermişdir. B.e.d. Mehrac Abbasov “Qlobal iqlim dəyişkənliyi şəraitində aqro-bioloji müxtəlifliyin mühafizəsi, genetik variasiyalarının tədqiqi və səmərəli istifadəsi” mövzusunda təqdimatını nümayiş etdirmiş, beynəlxalq platformada görülən işləri, aldığı nəticələri paylaşmış, dinləyicilərin suallarını cavablandırmışdır. 

Sonda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva dünyada baş verən qlobal iqlim dəyişkənliklərindən, bu problemlərin həlli istiqamətində bu il ölkəmizdə keçiriləcək COP-29 layihəsinin önəmindən söz açmış, fakültəmizin elmi-tədqiqat işlərində yeni perspektivlərin yaranması yolunda qurulan əməkdaşlıqların, eyni zamanda AR ETN Genetik Ehtiyatlar İnstitutu ilə imzalanmış müqavilənin əhəmiyyətini vurğulamışdır.

Search