Previous Next

Açıq havada qeyri-standart dərs

Nərimanov rayonu S.C.Pişəvari adına Respublika Humanitar Fənlər Gimnaziyasında pedaqoji təcrübə keçən Kimya və biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının tələbələri Hətəmxanlı Leyla və Nəbizadə Səbinə pedaqoji təcrübə zamanı həmin litseyde 6a və 6b sinfində "Orqanizm və təbii birliklərə mühitin təsiri", "Bitki və heyvanların insan həyatında rolu" mövzusunda interaktiv təlim formasında, açıq havada qeyri-standart dərs tədris etdilər. Onlar dərsi keçən zaman əyləncəli yarışlar, intellektual oyunlardan istifadə edib, maraqlı diskussiyalar apardılar. Təbiəti qorumağı şagirdlərə aşılamaq məqsədi ilə onlarla bərabər bir neçə gül əkildi. Uşaqlara insan və təbiətin qarşılıqlı əlaqəsini, qoruqlar, yasalıqlar, dərman bitkiləri, mədəni bitkilər, insanların canlı təbiətə təsiri haqqında danışılmış və bu mövzular haqqında onların fikirləri soruşulmuşdur. Belə keçirilən dərs şagirdlər tərəfindən çox maraqla qarşılanmış və mövzu daha aydın mənimsənilmişdir.

Search