Previous Next

Heydər Əliyev və Azərbaycan təhsili

26.04.2023-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsində Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məlikova Zəminənin təşkilatçılığı və dos. Könul Mahmudovanın təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunaraq Universitetin Heydər Əliyev Məktəbinin Lektoriyasında keçirildi.

Tədbiri salamlama nitqi ilə açan Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova  tədbirin əsas məqsədini vurğulayaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı həm ölkədə, həm də ölkə hüdudlarından kənarda müxtəlif mövzularda tədbirlərin həyata keçirildiyini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin də bu silsilə tədbirlərə öz töhfəsini verdiyini, tədbirin kafedaranın dosenti Könül Mahmudova tərəfindən təşkil edildiyini qeyd etdi.

Tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu öndərin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşdığını qeyd edərək, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan ətraflı bəhs etdi.  

“Ulu öndər Heydər Əliyevin təhsilə və elmimizə qayğısı” mövzusunda məruzə ilə çıxış edən Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Könül Mahmudova 1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin inkişafının müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi şəxsiyyətin Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, Heydər Əliyevin istər Azərbaycan SSR-ə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövründə Azərbaycanda bütün digər sahələrlə yanaşı elmə, təhsilə yüksək qiymət verdiyini, bu istiqamətdə bütün gücünü səfərbər etdiyini, Ümummilli Liderin Azərbaycan elminin inkişafı istiqamətindəki siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.

Tədbir Azərbaycanın müstəqilliyinə yönəlmiş müdrik siyasətin əsasını qoymuş Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafında rolu ilə bağlı Biologiya və onun tədrisi texnologiyası ixtisası üzrə II tədris ili magistrantlarının məruzələri ilə davam etdi. Magistrantlar Əliyeva Həlimə “Heydər Əliyev və ümumtəhsil sahəsindəki nailiyyətlər”, Abdulzadə Arzu “Heydər Əliyev və texniki peşə sahəsindəki nailiyyətlər” , Abdullayeva Aynurə “Heydər Əliyev və ali təhsil sahəsindəki nailiyyətlər”, Qədirova Nərmin “Heydər Əliyev və gənclərin respublikadan kənarda təhsili” və “Heydər Əliyevin hərbi kadr hazırlığında rolu ”, Məmmədzadə Sevinc “Heydər Əliyevin səhiyyənin inkişafında rolu ”, Məmmədova Raya “Heydər Əliyevin AMEA-nın inkişafında rolu, elm xadimlərinə münasibət, elm xadimlərin təltif olunması ” , Mehdiyeva Fidan “Heydər Əliyevin təhsilinin infrastrukturunun inkişafında rolu”, Niftalıyeva Şəfəq “İlham Əliyev- Heydər Əliyev siyasətinin uğurlu davamçısı” mövzularında  məruzələrini slaydlarla təqdim etdilər.

Sonda tədbir iştirakçılarının çıxışları dinlənildi. Çıxış edən natiqlər prof. İ. Bayramov, t.ü.f.d. S. Bəhrəmova, dos. A.Namazov, dos. Ə.Məhərrəmov elmi seminarda məruzələrinə görə tədbirin təşkilatçısı dos. K.Mahmudovaya, magistrantlara öz təşəkkürlərini bildirərək bu gənclərin Heydər Əliyev siyasətini davam etdirəcəklərinə, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında yaxından iştirak edəcəklərinə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklərinə inandıqlarını qeyd etdilər.

 

Search