Previous Next

Kimya və biologiya fakültəsi DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində

Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə fakültənin III kurs tələbələri, müəllim Zəminə Məlikova, müəllim Sevinc Mehdiyeva və fakültə mətbuat katibi Gültəkin Ərəbova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olublar. Mərkəzin sosial işlər üzrə mütəxəssisi Aysel İsmayılova müəllim-tələbə heyətini mərkəzin fəaliyyəti barədə məlumatlandırmış, həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmət istiqamətləri ilə tanış etmişdir. Mərkəzdə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması və sosial-psixoloji dəstək məqsədi ilə rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, publisistika daxil olmaqla, ümumilikdə 14 istiqamət üzrə təlim keçirilir. Buna uyğun olaraq tələbələrimiz mərkəzdə benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olduqdan sonra, göstərilən xidmət istiqamətləri üzrə studio və təlim otaqları, orada müəllim və benefisiarların gördükləri işlərlə, mərkəzin kitabxana və akt zalı ilə tanış olmuşlar.

Search