Təəssüf hissi ilə bildiririk ki, Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Kəmalə Məmmədova dünyasını dəyişib. Fakültəmiz adından mərhumun yaxınlarına başsağlığı verir, ailəsinə səbr diləyirik. Allah rəhmət eləsin!
Kəmalə Abdin qızı Məmmədova (11.12.1959) - Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti.
Kəmalə Məmmədova bakalavr təhsilini M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki BDU) Biologiya ixtisası üzrə bitirmişdir.
1981-ci ildə AMEA-nın Dendrologiya İnstitutunda baş laborant, 1984-cü ildə Dendrologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
2000-ci ildə ADPU-nun Botanika kafedrasında assistent, 2008-ci ildə ADPU-nun Botanika kafedrasında baş müəllim, 2015-ci ildən isə Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!