Previous Next

Kimya və biologiya fakültəsində fakültə Elmi Şurası keçirilmişdir

06.09.2024-cü il tarixində Kimya və biologiya fakültəsində dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Kərim Quliyev, dekan müavini Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos.Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova,fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva, fakültə mətbuat katibi Gültəkin Ərəbova və fakültənin professor-müəllim heyətinin iştirakı ilə fakültə Elmi Şurası keçirilmişdir. 

Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Elmi Şuranı açıq elan etmiş, 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahanlarının nəticələri, “Kimya müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisaslarında Pedaqoji internatura hesabatlarının qiymətləndirilməsinin nəticələri, pedaqoji internaturanın təşkili  və hesabatların qiymətləndirilməsi qaydaları haqqında məlumatlar vermişdir. Daha sonra dekan müavini dos. Bəsti Əsədova Kimya və biologiya fakültəsində yeni tədris ilində təşkil olunacaq elmi seminarlar, yaradılacaq yeni əməkdaşlıqlar, sentyabr ayı üçün müvafiq ixtisaslar üzrə, memorandumların fəaliyyət planına uyğun olaraq Elmi seminar ilə  çıxış etmek üçün dəvət olunmuş professorları açıqlamışdır. 

Dekan müavini dos. Kərim Quliyev 2023/2024-cü tədris ilinin yekun Dövlət Attestasiyasının nəticələrini açıqlamış, 2023/2024-cü tədris ilinin yaz semestr imtahanlarının nəticələrinə əsasən Kimya və biologiya fakültəsinin əyani şöbəsi üzrə təhsil alan tələbələrə təqaüd verilməsi barədə məlumat vermişdir. Fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva cari məsələləri elan etmişdir. Sonda fakültə üzrə vakant yerləri tutmuş müəllimlərin müqavilə müddətinin təsdiqi ilə bağlı qapalı səsvermə keçirilmiş, komissiya tərəfindən nəticələr açıqlanmışdır.

Search