Previous Next

Kimya və biologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilmişdir

13.09.2024-cü il tarixində Kimya və biologiya fakültəsi 2024/2025-ci tədris ili I kurs tələbələri ilə görüş keçirib.
Görüşdə Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva "Kimya müəllimliyi", "Biologiya müəllimliyi" və "Kimya və biologiya müəllimliyi" ixtisası üzrə qəbul olmuş I kurs tələbələrini və onların valideynlərini təbrik etmiş, universitetdə nizam-intizam qaydaları, fakültənin fəaliyyəti haqqında məlumatlandırmışdır.
Daha sonra dekan müavini dos. Bəsti Əsədova universitet və fakültənin strukturu, fakültənin nəaliyyətləri, statistik göstəricilər, dərslərin və imtahanların gedişatı barədə tələbələri məlumatlandırmışdır. 
Görüşdə həmçinin dekan müavini dos. Kərim Quliyev və texniki işçi heyət də iştirak etmişdir. Görüş tələbə və valideynləri maraqlandıran sualların cavablandırılması ilə başa çatmışdır.

Search