Previous Next

Kimya və biologiya fakültəsində elmi seminar keçirilmişdir

06.12.2024-cü il tarixində Kimya və biologiya fakültəsi Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın “Real dünya problemləri və Kimya” mövzusunda elmi seminarı baş tutmuşdur. Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova seminarı açıq elan etmiş, fakültəmizdə keçirilən bu və digər  çoxsaylı seminarların müəllim və tələbələrin dünyagörüşü və biliklərinin artmasında əhəmiyyətini vurğulamış, çıxış üçün sözü Rumiyyə Camalovaya vermişdir. Tədbirdə Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. 

Search