Previous Next

ADPU-da AR ETN Botanika İnstitutunun baş direktoru prof. Səyyarə İbadullayevanın ustad dərsi

23.12.2024-cü il tarixində ADPU Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə AR ETN Botanika İnstitutunun baş direktoru prof. Səyyarə İbadullayevanın ustad dərsi keçirilmişdir. Tədbirdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, dekan müavini dos. Kərim Quliyev, kafedra müdirləri prof. Əli Zalov, dos. Anaxanım Yusifova, dos. Kəmalə İskəndərova, AR ETN Botanika İnstitutunun əməkdaşları prof. Şakir Qasımov, b.e.d, dos. Dilzarə Ağayeva, dos. Pərvanə Qaraxani, dos. Sevda Alverdiyeva, dos. Şəkər Muxtarova, dos. Nuri Mövsümova, b.ü.f.d. Nigar Mürsəlqızı, b.ü.f.d. Gülnarə Şirəliyeva, b.ü.f.d. Şəhla Mirzəyeva, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Tədbiri dekan müavini dos. Bəsti Əsədova açıq elan etmiş, bu il AR ETN Botanika İnstitutu ilə imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planında nəzərdə tutulmuş məsələlərə diqqət çəkmiş, bu tədbiri əməkdaşlığın nəticəsi olaraq dəyərləndirmiş, sözü dekan dos. Reyhan Ağayevaya vermişdir. Dos. Reyhan Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili”, həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin nəticələrindən, bu dövrdə fakültəmizdə keçirilən tədbirlərdən, qurulan əməkdaşlıqlardan söz açmış, AR ETN Botanika İnstitutunun fəaliyyəti, baş direktor prof. Səyyarə İbadullayevanın elmi istiqamətdə  apardığı tədqiqatlardan söz açmışdır. AR ETN Botanika İnstitutunun baş direktoru prof. Səyyarə İbadullayeva “İqlim dəyişikliyi fonunda biomüxtəlifliyin tədqiqi və davamlı inkişafı” mövzusunda ustad dərsini izləyicilərə təqdim etmişdir. Tədbir dəyərli pedaqoqların fikirləri və müzakirələrlə davam etmişdir.

Search