Previous Next

Kimya və biologiya fakültəsinin tələbələri AR ETN Genetik Ehtiyatlar İnstitutunda dərs keçib

ADPU Kimya və biologiya fakültəsi ilə AR ETN Genetik Ehtiyatlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına uyğun olaraq Kimya və biologiya fakültəsinin tələbələri “Genetika və seleksiya” fənni üzrə dərslərini AR ETN Genetik Ehtiyatlar İnstitutunda keçmişlər. Kimya və biologiya fakültəsinin dekan müavini, fənn müəllimi dos. Bəsti Əsədovanın rəhbərliyi ilə tələbələr “Genetika və seleksiya” fənnindən əldə etdikləri bilikləri əyani şəkildə müşahidə etmiş, yeni biliklərə yiyələnmişlər. AR ETN Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları b.ü.f.d.,dos. Əkbər Kərimov,b.ü.f.d. Elnurə Cəfərova, b.ü.f.d. Leyla Vəliyeva və böyük laborant Aytən Şirinova tələbələri laboratoriyaların fəaliyyəti, tədqiqat metodları, elmi işlər və yeniliklərlə bağlı məlumatlar vermişlər. Daha sonra tələbələr AR ETN Genetik Ehtiyatlar İnstitutunu ekskursiya edərək institutun fəaliyyəti ilə tanış olmuşlar.

Search