Previous Next

“Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili” adlı seminar baş tutmuşdur

05.02.2025-ci il tarixində ADPU Kimya və biologiya fakültəsi və Y.H.Məmmədəliyev adına ARETN Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili” adlı seminarı baş tutmuşdur. ARETN Neft-Kimya Prosesləri İnstitutu ilə ADPU Kimya və biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun nəticəsi olaraq baş tutan seminarda ARETN NKPİ-nin baş direktoru akademik Vaqif Abbasov və İnstitutun əməkdaşları, ADPU Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin professor-müəllim heyəti iştirak etmişlər. Tədbiri giriş nitqi ilə İnstitutun baş direktoru akademik Vaqif Abbasov açıq elan etmişdir. Daha sonra akademik Vaqif Abbasov bütün bəşəriyyəti narahat edən ekoloji problemlərdən, bu problemlərin həlli yolunda Azərbaycan təhsilinin və ölkəmizdə aparılan elmi-tədqiqatların rolundan bəhs etmiş, dayanıqlı inkişafın məzmunu və dayanıqlı inkişafda keyfiyyətli təhsil amilinin əhəmiyyətindən danışmışdır. Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişafın 17 məqsədi, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” haqqında məlumat vermiş və sonda akademik Vaqif Abbasova yüksək səviyyədə və maarifləndirici məlumatlarla zəngin çıxışına görə təşəkkürünü bildirmişdir. Tədbir iştirakçıların fikir mübadiləsi və ürək sözləri ilə yekunlaşmışdır.

Search