Previous Next

Kimya və biologiya fakültəsində elmi seminar keçirilmişdir

07.04.2025-ci il tarixində Kimya və biologiya fakültəsində  Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının baş müəllimi  k.ü.f.d. Nigar Babayevanın  “Sözün gücü və suyun səssiz sirri” mövzusunda elmi seminarı keçirilmişdir. Elmi seminarda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin professor-müəllim heyəti iştirak etmişlər. Seminarda k.ü.f.d. Nigar Babayeva suyun möcüzəvi xüsusiyyətlərinin sözlər və düşüncələrlə birləşdikdə canlı və cansız varlıqlara təsiri, qədim  biliklərin və müasir eksperimental yanaşmaların müqayisəli nəticələrini nümayiş etdirmişdir. Seminarın sonunda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva seminarla bağlı düşüncələrini bölüşmüş, fakültəmizdə keçirilən elmi seminarları yüksək dəyərləndirmişdir. Seminar müzakirələrlə davam etmişdir.

Search