ADPU Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə fakültənin rus bölməsinin tələbələri İ.M. Seçenov adına Birinci Moskva Dövlət Universiteti Bakı filialında açıq qapı günündə magistratura pilləsinə qəbulla bağlı infosessiyada iştirak ediblər. Universitetin professoru Natalya Valerevna tələbələri universitetin fəaliyyəti, struktur heyəti ilə tanış etmiş, təhsilin bütün pillələri və eləcə də magistratura pilləsinə qəbulla bağlı maarifləndirici məlumatlar vermişdir. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.