Previous Next

Kimya və biologiya fakültəsində “Bioloji müxtəliflik və genetik ehtiyatların qorunması” mövzusunda elmi seminar keçirilmişdir

14.04.2025-ci il tarixində ADPU Kimya və biologiya fakültəsi ilə BM və TBETİ Abşeron Təcrübə Stansiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən Abşeron Təcrübə Stansiyasının baş direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayevin “Bioloji müxtəliflik və genetik ehtiyatların qorunması” mövzusunda elmi seminarı baş tutmuşdur. Seminarda Kimya və biologiya fakültəsinin dekan müavini b.ü.f.d.,dos.Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri b.e.d.,dos. Anaxanım Yusifova, Kimya və biologiya fakültəsinin çoxsaylı professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Dekan müavini dos. Bəsti Əsədova seminarı açılış nitqi ilə açaraq hər kəsi salamlamış, elmi seminarların keçirilməsinin, tədqiqat institutları ilə əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq, yeni imzalanmış memorandumları elan etmiş və sözü dos. Cəbrayıl Ağayevə vermişdir. Seminarda Abşeron Təcrübə Stansiyasının direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayev biomüxtəlifliyə təsir edən müxtəlif amillərin təsiri və aradan qaldırılması yolları, genetik ehtiyatların qorunmasında icra olunan yeni yanaşmalar və texnologiyalardan bəhs etmişdir. Sonda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri b.e.d., dos. Anaxanım Yusifova Cəbrayıl Ağayevə verdiyi dəyərli məlumatlara görə təşəkkürünü bildirmiş, fakültəmizdə keçirilən elmi seminarların əhəmiyyətini qeyd etmiş və davamlı olmasını arzulamışdır. Tələbələrin ixtisaslarına göstərdikləri maraq və fəallıqlarını yüksək dəyərləndirmişdir. Seminar müzakirələrlə davam etmişdir.

Search