ADPU Kimya və biologiya fakültəsinin nümayəndələri Biologiya və onun tədrisi texnologiyası kafedrasınım müdiri b.e.d.,dosent Anaxanım Yusifova və baş müəllim İradə Məmmədova Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər. Konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər. Beynəlxalq elmi konfrans 16 bölmə iclası ilə davam edib. Həmçinin Gəncə Aqrar Universitetinin, AR ETN Botanika İnstitutunun və ADPU-nun əməkdaşları ekspedisiyada iştirak ediblər.